Ağlar gözlüm, baxışların qəm dolu, Dərdin nəydi bilənmədim, bağışla. Ömrüm boyu həsrətinə can dedim, Bir dərdini bölənmədim, bağışla. Hə can dedi, nə haqqımı haqladı, Nə öldürdü, nə yaramı bağladı. Göylər mənim gözlərimə ağladı, Göz yaşını silənmədim, bağışla. Həm solumda, həm sağımda gülüşlər, Dağ-dağ oldu qəm dağımda gülüşlər, Çilikləndi dodağımda gülüşlər, Gül üzünə gülənmədim, bağışla. Ocaq çatdım, kül yeridi üstümdən, Oba köçdü, el yeridi üstümdən, Tufan qopdu, sel yeridi üstümdən, Harayına gələnmədim, bağışla. Bax səsimi laylalara köçürdüm, Haqq səsini laylalara köçürdüm. Nəfəsimi laylalara köçürdüm, Torpağına bələnmədim bağışla. Döndü könlüm qəm qusuna dolandım, Torpağına mən daşına dolandım. Həsrətinin mən başına dolandım, Ayağında ölənmədim, bağışla. Nə qaranlıg bir ömüre yan dedim Sökülsəydi göy üzündə dan dedim. Ömrüm boyu həsrətinə can dedim, Bir dərdini bölənmədim, bağışla.